-
Tapşırıqlar videosu İzlə
FLL Challenge
FIRST® LEGO® League (FLL) yarış proqramı 2025–2026-cı tədris ilində STEAM Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək. Hər il dünyanın gündəmini əks etdirən aktual mövzu əsasında hazırlanan bu proqram 10–16 yaş aralığındakı yeniyetmələr və gənclərin, eləcə də onların komanda rəhbərlərinin komanda şəklində iştirakı ilə həyata keçirilir.
FIRST LEGO League (FLL) Challenge – 10–16 yaşlı, yəni 5–11-ci sinif şagirdləri (17 yaşı 1 iyun 2026-cı il tarixinə qədər tamam olmamış iştirakçılar) üçün nəzərdə tutulmuş beynəlxalq təhsil proqramıdır. Bu yarışma əyləncəli və maraqlı praktiki öyrənmə fəaliyyətləri vasitəsilə yeniyetmələrə və gənclərə elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrində fundamental biliklər qazandırır.
İştirakçılar Challenge mərhələsinə qədər STEAM-in əsaslarını mənimsəyir, öyrənmə bacarıqlarını inkişaf etdirir, özünə inam qazanır və komanda daxilində əməkdaşlıq etməyi öyrənirlər. Bu bilik və bacarıqları yarış tapşırıqlarında tətbiq edərək real problemləri araşdırır, həll yolları hazırlayır və robototexnika vasitəsilə sınaqdan keçirirlər.
FLL yeniyetmələri və gəncləri praktiki STEAM öyrənməsinə cəlb edir, onlarda tənqidi düşünmə, kodlaşdırma, dizayn və innovasiya bacarıqlarının inkişafını təşviq edir. Proqramın əsas məqsədlərindən biri isə iştirakçıların həm hazırlıq prosesində, həm də turnir günlərində öyrənərək əylənməsini təmin etməkdir.
Mövsüm Resurslarını Yüklə