2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsi hal-hazırda 300-dən çox məktəbi, 20-dən çox mərkəzi, 100 000 -dən çox şagirdi əhatə edir. STEAM layihəsinin tətbiqində əsas məqsəd təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir
Əsas dəyərlərimiz
“FIRST”-ün əsas dəyərləri bu proqramın əsas xüsusiyyətləridir. Bu xüsusiyyətlər “FIRST LEGO League”-i digər proqramlardan fərqləndirən əsas elementlərdəndir.
Əsas dəyərləri mənimsəyən iştirakçılar öyrənirlər ki, dostluq rəqabəti və qarşılıqlı qazanc ayrı məqsədlər deyil. Əksinə, bir-birinə kömək etmək komanda işinin əsasıdır.
Məhz əsas dəyərlərimiz vasitəsilə iştirakçılara “Gracious Professionalism®” və “Coopertition®” brendlərinin “FIRST” fəlsəfəsi çatdırılır.
Discovery
Innovation
Impact
Inclusion
Teamwork
Fun
FIRST LEGO League (FLL)
FIRST LEGO League (FLL) – 6-16 yaşlı məktəblilər üçün əyləncəli, maraqlı praktiki öyrənmə vasitəsilə uşaqlara elm, texnologiya, mühəndislik və riyaziyyatı öyrədir.
FIRST LEGO League (FLL) – 6-16 yaşlı məktəblilər üçün əyləncəli, maraqlı praktiki öyrənmə vasitəsilə uşaqlara elm, texnologiya, mühəndislik və riyaziyyatı öyrədir. Şagirdlər Explore-dan Challenge-a qədər STEAM-in əsaslarını başa düşəcək və bu yolda öyrənmə, özünə inam və komandada işləmək bacarıqlarını formalaşdırarkən biliklərini yarışlarda tətbiq edəcəklər.FLL gəncləri praktiki STEAM öyrənməyə , robototexnika vasitəsilə sınaqdan keçirməyə və tənqidi düşüncə, kodlaşdırma və dizayn bacarıqlarını inkişaf etdirməyə ruhlandırır.