FLL Explore

FIRST® LEGO® League Explore iştirak qaydaları

 FIRST® LEGO® League (FLL) proqramı 2025–2026 tədris ilində STEAM Azərbaycan tərəfindən təşkil olunacaqdır. Hər il 7–9 yaş qrupu üzrə uşaqların komanda rəhbərləri ilə birlikdə iştirak etdiyi proqram üçün dünyanın aktual mövzularından birinə həsr olunmuş xüsusi bir mövzu müəyyən edilir. FLL Explore – 7–9 yaşlı iştirakçılar (2–4-cü sinif şagirdləri; 25 may 2026-cı il tarixinə qədər 10 yaşı tamam olmamış uşaqlar) üçün nəzərdə tutulmuş proqramdır. Bu proqram əyləncəli və maraqlı praktiki öyrənmə vasitəsilə uşaqlara elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrini öyrədir. İştirakçılar FLL Explore proqramı vasitəsilə STEAM-in əsaslarını mənimsəyir, öyrənmə prosesində özünəinam və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirərək biliklərini təqdimat və yarış mühitində tətbiq edirlər. FLL iştirakçıları praktiki STEAM öyrənməyə, robototexnika vasitəsilə ideyalarını sınaqdan keçirməyə, tənqidi düşüncə, kodlaşdırma və dizayn bacarıqlarını inkişaf etdirməyə təşviq edir. Bundan əlavə, iştirakçıların həm hazırlıq mərhələsində, həm də turnir günü ərzində əylənməsi proqramın əsas məqsədlərindən biridir.

Mövsüm Resurslarını Yüklə